AZ

Ordumuzun qüdrəti: dünya Bakıdakı paradda nələrin şahidi oldu?

Vətən müharibəsində qələbənin 5-ci ildönümünə həsr olunmuş hərbi parad Azərbaycan ordusunun mövcud gücünü də nümayiş etdirdi. 5 il öncə Vətən müharibəsində tarixi Zəfər qazanan və bunu cəmi 44 gün ərzində reallaşdıran ordumuz ötən müddətdə həm şəxsi heyət, həm hərbi arsenal baxımından qüdrətini daha da artırıb. Təcrübəyə əsasən, müharibə meydanında qalib gələn ölkədə hərbi hədəflərə nail olunduğu üçün ordu quruculuğunda müəyyən zəifləmələr baş verir, Azərbaycanın timsalında isə bunun əksi müşahidə olunur və bunun konkret səbəbləri var.

1. Müharibədə qalib gəlsək də, təhdidlər daim aktualdır;
2. Qüdrətli orduya malik olmaq müharibədən sonra aparılan sülh danışıqları masasında güclü mövqedən çıxış etməyin əsas təminatçısıdır;
3. Döyüş meydanında qalib gələn Bakının təşəbbüsləri ilə regionda qurulan sülhün təminatçısı də məhz Azərbaycan ordusudur;
4. Mövcud geosiyasi proseslər və bunun regionumuza təsirləri güclü ordu amilini prioritetə çevirib;

Hərbi parad Azərbaycan Silahlı Qüvvələrinin daha da gücləndiyi və regionun ən qüdrətli ordusu olmaq mövqeyində möhkəmləndiyini nümayiş etdirdi. Bunu təsdiq edən iki amilə diqqət yetirmək lazımdır.

Birincisi, şəxsi heyətin əsasən Xüsusi Təyinatlı Qüvvələrdən ibarət olmasıdır;

Paradda iştirak edən 17 qoşun növündə əsasən xüsusi təyinatlı bölmələr yer alırdı: Altı ordu korpusunun hərbi qulluqçuları, Dövlət Təhlükəsizliyi Xidmətinin parad bölməsi, Xarici Kəşfiyyat Xidmətinin heyəti, Dövlət Sərhəd Xidmətinin şəxsi heyəti, Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkət Qrupu, Daxili Qoşunların əsgər və zabitləri, Heydər Əliyev adına Hərbi İnstitutun kursantları, Hərbi Dəniz Qüvvələrinin dənizçi heyəti, Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin zabit və gizirləri, Bakı Hərbi Kollecinin kursant heyəti, Hərbi Hava Qüvvələrinin aviasiya bölməsi, Dəniz piyadaları taboru, Əlahiddə Ümumqoşun Ordunun parad kolonu, Raket və Artilleriya Qoşunlarının hərbi heyəti, Milli Qvardiyanın nümayəndələri, Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin hərbi qulluqçular və Xüsusi Təyinatlı Qüvvələr. Ümumilikdə Xüsusi Təyinatlı Qüvvələrin sayı 4 mindən çoxdur və bu, ordumuzda peşəkarlıq nümunəsidir. Xüsusi təyinatlı bölmələrin 44 günlük müharibədə oynadığı rol Silahlı Qüvvələrdə onların sayının artırılması zərurəti yaratdı və bu istiqamətində mühüm addımlar atıldı.

Hərbi paradda Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin hərbi qulluqçuları, İnsansız Sistem Qoşunlarının parad heyəti və Hərbi Polisin hərbi qulluqçularından ibarət parad heyəti ilk dəfə iştirak edirdi. Bu da ölkədə ordu quruculuğunun inkiaf edən xətt üzrə davam etdiyini göstərir.

İkincisi, nümayiş olunan silahlardır;

Parada çıxan hərbi texnika ordumuzun arsenalının son 5 il ərzində daha da gücləndiyinin təsdiqi idi. Nümayiş olunan hərbi texnikanın siyahısı rəsmi dövlət agentliyi (Azərtac) tərəfindən yayımlanıb.

Xüsusi təyinatlı avtomobillər və zirehli nəqliyyat vasitələri:

- 12,7 millimetrlik NSV pulemyotları, tankəleyhinə idarəolunan “SPIKE-ER” (İ-AR) raketləri, 120 millimetrlik “SPEAR” minaatanları quraşdırılmış, “SandCat-Stomer” zirehli idarəetmə, çevik hərəkət avtomobilləri;
- Silahlanmaya yeni qəbul edilmiş Milli Müdafiə Sənayesinin məhsulu “VAŞAQ” xüsusi əməliyyat nəqliyyat vasitələri, silahlanmaya yeni qəbul edilmiş “COBRA-II” zirehli tibbi təxliyə avtomobilləri, “Land Rover-110” xüsusi təyinatlı patrul avtomobilləri, “SKİF” - “COBRA” üzərində yerləşdirilmiş tankəleyhinə idarəolunan raket kompleksi, BTR-82A zirehli transportyorları, “PDM-3” - Piyadaların Döyüş Maşınları, “T-72M1” və “T-90S” tankları;

Hava Hücumundan Müdafiə (HHM) sistemləri:

- “S-125 TM” zenit-raket kompleksi, “BUK-MB” və “BUK-MB2K” zenit-raket kompleksi, “İLDIRIM-8” zenit-raket kompleksi, “S-300”- “FAVORİT” uzaqmənzilli zenit-raket kompleksi, “TOR-2M” zenit-raket kompleksi;
- Silahlanmaya yeni qəbul edilmiş yerli müdafiə sənayesinin məhsulu “VİKİNQ” Hava hədəflərinə qarşı çoxfunksiyalı mobil döyüş kompleksi, təkmilləşdirilmiş “Şilka” özüyeriyən zenit-qurğusu, silahlanmaya yeni qəbul edilmiş “HQ-9” (EYC KÜ-9) uzaqmənzilli zenit-raket kompleksi;

Pilotsuz uçuş aparatları (PUA) və digər insansız vasitələr:

- “Orbiter-1KM” zərbə PUA-sı, “Orbiter-2”, “Orbiter-3” və “Orbiter-4” kəşfiyyat PUA-ları, “Aerostar” taktiki-kəşfiyyat PUA-sı, “Bayraktar-TB2” silahlı kəşfiyyat PUA-sı;
- Silahlanmaya yeni qəbul edilmiş “Hero-120” (HİRO) sərbəst uçan döyüş sursatları, “Sky Striker” (Strayker) sərbəst uçan döyüş sursatları, “Orbiter-5” taktiki-kəşfiyyat PUA-sı, “Harop” zərbə tipli PUA-sı, “Hermes-450” taktiki-kəşfiyyat PUA-sı;
- Silahlanmaya yeni qəbul edilmiş KAYRA - kamikadze tipli suüstü dəniz vasitəsi;
- Marauder və Matador tipli minaəleyhinə zirehli nəqliyyat vasitələri;

Raket və artilleriya sistemləri:

- 120 millimetrlik “Vena” özüyeriyən minaatan qurğusu, 122 millimetrlik “Qvozdika” özüyeriyən artilleriya qurğusu, 152 millimetrlik “Akasiya” özüyeriyən artilleriya qurğusu, 152 millimetrlik “Msta-S” özüyeriyən artilleriya qurğusu, 203 millimetrlik “Pion” özüyeriyən artilleriya qurğusu, 220 millimetrlik TOS-1A “Odsaçan” yaylım atəşli reaktiv sistemi, “Xrizantema-S” tankəleyhinə özüyeriyən raket sistemi, 152 millimetrlik “Dana” özüyeriyən artilleriya sistemi;
- Silahlanmaya yeni qəbul edilmiş 155 millimetrlik uzaqmənzilli “NORA” və 155 millimetrlik uzaqmənzilli “DİTA” özüyeriyən artilleriya sistemi, 122 millimetrlik RM-70/85 yaylım atəşli reaktiv sistemi;
- Silahlanmaya yeni qəbul edilmiş PULS üzərində 122 millimetrlik “ACCULAR” (AKULAR) idarə olunan yaylım atəşli reaktiv sistemi, 160 millimetrlik “QRAD-LAR” yaylım atəşli reaktiv sistemi;
- Silahlanmaya yeni qəbul edilmiş PULS üzərindən buraxılan SkyStriker BLOK-4 sərbəst uçan döyüş sursatları sistemi, “Qasırğa” taktiki raket kompleksi - TRLG-230A, 300 millimetrlik uzaqmənzilli TRG-300 taktiki raket sistemi, 300 millimetrlik iriçaplı “Smerç” yaylım atəşli reaktiv sistemi, 306 millimetrlik “EKSTRA” taktiki raket kompleksi, 301 millimetrlik “POLONEZ” əməliyyat taktiki raket kompleksi;
- Silahlanmaya yeni qəbul edilmiş PULS üzərində 370 millimetrlik yüksəkdəqiqlikli “Predator Hawk” (HOUK) Əməliyyat taktiki raket kompleksi;
- Silahlanmaya yeni qəbul edilmiş beşinci nəsil İCEBREAKER (Aysbreker) qanadlı raket kompleksi, həmçinin 624 millimetrlik “LORA” əməliyyat-taktiki raket kompleksi;

Aviasiya vasitələri:

- Mİ-17 döyüş-nəqliyyat helikopterləri;
- Uzaqmənzilli hava-yer tipli raketlərlə təchiz olunmuş Mİ-17 döyüş-nəqliyyat helikopterləri;
- MFİ-17 və L-39 təlim təyyarələri;
- İL-76 hərbi-nəqliyyat və silahlanmaya yeni qəbul edilmiş C-27J yük təyyarələri; s
- Silahlanmaya yeni qəbul edilmiş JF-17 (Cİ EF) çoxməqsədli qırıcı təyyarələr;
- Modernizasiya olunmuş SU-25-Laçın hücum təyyarələri;
- SU-25 hücum təyyarələri;

Paradda Türkiyə Hərbi Hava Qüvvələrini təmsil edən F-16 çoxməqsədli qırıcı təyyarələrin uçuşu isə qardaşlığımızın simollarından biri idi.

Paradda Xəzər dənizində döyüş gəmiləri və katerlər də nümayiş etdirilib. Ümumilikdə hərbi paradda Azərbaycan ordusunun 5 min, Türkiyə ordusunun 240, Pakistan ordusunun 120 nəfər şəxsi heyəti iştirak edib. O cümlədən, 39 ədəd xüsusi təyinatlı avtomobil texnikası və silah sistemi, 53 ədəd hava hücumundan müdafiə vasitəsi, 63 ədəd raket-artilleriya silahları, 12 gəmi, Azərbaycanın 50, Türkiyənin isə 5 aviasiya vasitəsi parada cəlb olunub.

Bu paradda Azərbaycan Ordusunun qüdrəti bir daha dünyaya sərgiləndi.

Asif Nərimanlı

Seçilən
23
33
publika.az

10Mənbələr