Misli Premyer Liqasında birinci dövrəyə bu gün yekun vurulacaq.
Fanat.Az xəbər verir ki, üç günü əhatə edən turun sonuncu günündə daha iki qarşılaşma baş tutacaq.
Əvvəlcə "Kəpəz" "Sabah"ı qəbul edəcək. Görüş Qəbələdə baş tutacaq və saat 15:44-də başlayacaq.
Tur Azərbaycan derbisi ilə başa çatacaq. "Qarabağ" "Azərsun Arena"da "Neftçi"ni qəbul edəcək. Prinsipial qarşılaşma saat 18:44-də start götürəcək.
Qeyd edək ki, turun əvvəlki oyunlarında “Şamaxı” “İmişli”yə (1:0), “Sumqayıt” “Qəbələ”yə (2:0), "Araz-Naxçıvan" "Karvan-Yevlax"a (2:1) qalib gəlib, “Zirə” - “Turan Tovuz” matçında (0:0) isə qalib müəyyənləşməyib.
Misli Premyer Liqası
XI tur
9 noyabr
15:44. "Kəpəz" – "Sabah"
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Rahil Ramazanov, İslam Məmmədov.
VAR: Kamal Umudlu, Müslüm Əliyev.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
Qəbələ şəhər stadionu.
18:44. "Qarabağ" – "Neftçi"
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Elvin Bayramov.
VAR: Fərid Hacıyev, Rəhman İmami.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
"Azersun Arena".