AZ

Psixoloqlar aşağı zəkanın əlaməti sayılan 4 vərdişi açıqladı

ain.az, Milli.az portalına istinadən məlumatı açıqlayır.

Zəka təkcə məntiqli davranma və problem həll etmə deyil, həm də düşünmə, anlama və yeni fikir yaratma kimi mürəkkəb prosesləri özündə birləşdirir. Bu səbəbdən bir insanın zəka səviyyəsini tam dəqiqliklə ölçmək mümkün olmasa da, psixoloqlar gündəlik davranışlar vasitəsilə zəka haqqında müəyyən nəticələr çıxarmağın mümkün olduğunu bildirir.

Milli.Az xəbər verir ki, mütəxəssislər, müəyyən vərdişlərin tez-tez aşağı zəka göstəricisi kimi ön plana çıxdığını qeyd edir.

1. Marağın olmaması və dünyaya qarşı istəksizlik

Uşaqlıq psixologiyası üzrə mütəxəssislər bildirir ki, yüksək zəka səviyyəsinin ən əsas göstəricisi maraqdır. Albert Eynşteyn də "Xüsusi qabiliyyətim yoxdur, sadəcə çox maraqlananam" demişdi.

Çevrəsinə laqeyd qalan, yeni bir şey öyrənməyə can atmayan, sual verməyən və dünyanı anlamağa çalışmayan insanların isə zehni inkişafda geridə qalma ehtimalı daha yüksəkdir.

2. Daimi təxirə salma vərdişi

Mütəxəssislər xroniki ertələmənin də zəif zehni fəaliyyətlə əlaqəli olduğunu bildirir. Sevmədiyi işləri mütəmadi sabaha saxlayan və planlarını tətbiq etməkdə çətinlik yaşayan şəxslər həm düşünmə çevikliyini, həm də məhsuldarlığını itirir.

İşləri mərhələlərə bölmək və planlaşdırmağa sadiq qalmaq isə ağıllı insanların ümumi xüsusiyyətidir.

3. Dinləmə bacarığının zəifliyi

Söhbət zamanı qarşı tərəfi dinləməyib sadəcə öz növbəsini gözləyən insanlar da psixoloqlar tərəfindən aşağı zəka əlaməti göstərən qrupda qiymətləndirilir.

Dinləmək yalnız sözləri eşitmək deyil, məlumatı anlamaq və dəyərləndirmək bacarığıdır. Əgər bir şəxs tez-tez söz kəsir, diqqətini cəmləyə bilmir və vacib məqamları qaçırırsa, bu onun idrak qabiliyyətinin zəif olduğuna işarə ola bilər.

4. Özünü dəyərləndirmə bacarığının aşağı olması

İnsanın öz güclü və zəif tərəflərini tanıması özünüdərk adlanır və yüksək zəka ilə çox yaxın bağlıdır.

Özünü obyektiv qiymətləndirə bilməyən şəxslər inkişafda çətinlik yaşayır, çünki nəyi dəyişməli və ya yaxşılaşdırmalı olduğunu görə bilmir.Lalə Qüdrətova

Milli.Az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
97
9
news.milli.az

10Mənbələr