AZ

Bakıda Zəfər Günü münasibətilə konsert keçirilib, atəşfəşanlıq olub - FOTO


8 Noyabr – Zəfər Günü münasibətilə Bakıda, Dənizkənarı Milli Parkda təntənəli bayram konserti keçirilib. Tədbir Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə reallaşıb.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun düşmən üzərində qazandığı parlaq Qələbənin beşinci ildönümü ölkəmizin hər yerində olduğu kimi, paytaxtda da böyük sevinclə qeyd edilib.

Bayram tədbirinin keçirildiyi ərazidə, mərkəzi küçə və prospektlərdə, həmçinin istirahət parklarında Vətən müharibəsində qazanılmış şanlı Zəfərin 5-ci ildönümü münasibətilə xüsusi bayram ab-havası yaradılıb, Zəfərə həsr edilmiş plakatlar asılıb. Binaların eyvanlarından üçrəngli Azərbaycan Bayrağı dalğalanır.

Bayram konserti zəngin proqram və möhtəşəm atəşfəşanlıqla yekunlaşıb.

Seçilən
23
22
baki-xeber.com

10Mənbələr