Suriya Daxili İşlər Nazirliyi “İslam Dövləti” (İŞİD) terrorçu qruplaşmasının hücrələrinə qarşı aparılan profilaktik əməliyyat zamanı 71 nəfəri saxlayıb.
Publika.az xəbər verir ki, Bu barədə “Əl-İxbaria” telekanalı məlumat verib.
Mənbənin bildirdiyinə görə, təhlükəsizlik qüvvələri ölkənin müxtəlif vilayətlərində 61 reyd keçirib.
“Yüksək vəzifəli, təhlükəli, orta səviyyəli və sıravi qruplaşma başçıları saxlanılıb”, – məlumatda deyilir.