Qış aylarında enerji sərfiyyatı artdığı üçün kommunal xərclər də yüksəlir. Mütəxəssislər bildirirlər ki, evdə cəmi 5 dəqiqə vaxt ayırmaqla il ərzində təxminən 130 manata qədər qənaət etmək olar. Bunun üçün xüsusi avadanlıq və ya mürəkkəb proses tələb olunmur, sadəcə soyuducunun arxa hissəsinin təmizlənməsi kifayətdir.
Milli.Az xəbər verir ki, ev baxımı üzrə mütəxəssis Glen Peskett-in sözlərinə görə, soyuducunun arxa və ya alt hissəsində yerləşən soyutma bobinləri (Soyuducunun arxa və ya alt hissəsində olan qara rəngli boru şəkilli dolanmış hissə) zaman keçdikcə tozlanır. Bu zaman cihaz qidanı soyutmaq üçün daha çox enerji sərf edir və nəticədə elektrik xərcləri artır.
"Bobinlər tozlandıqca mühərrik daha çox işləməyə başlayır" deyən Peskett bu sadə təmizliyin həm enerji israfının qarşısını aldığını, həm də cihazın ömrünü uzatdığını bildirib.
5 dəqiqəlik təmizlik necə edilir?
Mütəxəssislər aşağıdakı addımları tövsiyə edir:
Soyuducunu söndürün və naqil çəngəlini çıxarın.
Arxa və ya alt hissədə, arxada yerləşən bobinləri tapın.
Süpürgənin fırçalı başlığı ilə tozu təmizləyin, daha sonra yumşaq bir bezlə silin.
Paneli bağlayıb soyuducunu yenidən işə salın.
Bu sadə əməliyyat soyuducunun daha az enerji sərf etməsinə kömək edir və illik elektrik xərcində orta hesabla 130 manata qədər qənaət təmin edə bilər.
Mütəxəssislər bildirirlər ki, bobinlər təmiz olduqda cihaz daha səmərəli işləyir və enerji sərfiyyatı 10%-ə qədər azalır. Bu iş mütəmadi aparılarsa, həm enerji qənaəti artır, həm də soyuducunun istifadə müddəti uzanır.
Milli.az