Gəncə şəhərində 8 Noyabr - Zəfər Günü münasibətilə konsert proqramı keçirilib, atəşfəşanlıq olub.
Far.Az report-a istinadən xəbər verir ki, mərkəzi meydanda təşkil olunmuş konsert proqramında mədəniyyət xadimlərinin və incəsənət nümunələrinin ifalarında rəqslər nümayiş edilib, vətənpərvər mahnılar səsləndirilib.
Konsert proqramını rəsmi şəxslər, ictimaiyyət nümayəndələri, şəhər sakinləri izləyib.
Sonda Zəfər Günü münasibətilə atəşfəşanlıq olub.