Formula 1 Braziliya Qran-prisində əsas yarışın təsnifat mərhələsi keçirilib.

Offsideplus.az xəbər verir ki, sabahkı yarışa ən öndən "Maklaren" pilotu Lando Norris başlayacaq. O, karyerasının 15-cü poulunu əldə edib.

2-ci yerdən "Mersedes"in gənc sürücüsü Kimi Antonelli, 3-cü yerdən isə "Ferrari"dən Şarl Lekler start götürəcək.

"Maklaren"in digər pilotu Oskar Piastri isə 4-cü yeri tuta bilib.

4 qat dünya çempionu Maks Ferstappen kvalifikasiyada ilk turu keçə bilməyib. O, mübarizəyə 16-cı sıradan start verəcək.

Qeyd edək ki, bu gün keçirilən sprint yarışını da Lando Norris qazanıb. 2-ci yeri K. Antonelli tutub. Podiumu Corc Rassell tamamlayıb.