Baku TV "Qarabağ" adlı sənədli filmi təqdim edib.
Film 44 günlük Vətən müharibəsində qazanılan Zəfərin beşinci ildönümünə həsr edilib.
Ekran işi Qarabağ torpaqlarında yaşayan insanların həyat hekayələrindən, xalqımızın dözüm və ümidindən, eləcə də azadlıq uğrunda canından keçən şəhidlərimizin və qazilərimizin qəhrəmanlığından bəhs edir.