Neftçalada Zəfərimizin 5-ci il dönümü böyük çoşqu ilə qeyd olunub.

NOCOMMENT.az xəbər verir ki, tədbir iştirakçıları ilk öncə Ulu Öndər Heydər Əliyevin abidəsini, Şəhidlər Xatirə Kompleksini ziyarət ediblər önünə gül dəstələri düzüblər və onların əziz xatirəsini ehtiramla yad ediblər.

Ağacəkmə aksiyası keçirilib və aksiya zamanı müxtəlif növ ağaclar əkilərək aqrotexniki qulluq göstərilib.

Tədbirdə Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların xatirəsinin bir dəqiqəlik sükutla yad olunub və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Konsert proqramı Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə açıq elan olunub.

Böyük izdiham və coşqu ilə keçirilən bayram konsertində Azərbaycan Respublikasının xalq artisti Samir Cəfərovun,  Respublikanın Əməkdar artistləri Səidə Şərifəliyevanın, Cahangir Qurbanovun, tanınmış və sevilən incəsənət nümayəndələri Əli Şahinin, Damla, Anar Yusubun, Mahmud Mahmudovun, Dürdanə Ələkbərovanın və digər musiqiçilərin ifasında vətənpərvərlik mövzularında şən və rəngarəng mahnılar səsləndirilib.

Konsert proqramı möhtəşəm atəşfəşanlıqla başa çatıb.