AZ

Niko Paz üçün London savaşı: “Arsenal” və “Çelsi” hərəkətə keçdi

Fanat portalından verilən məlumata görə, ain.az xəbər yayır.

İngiltərənin iki nəhəng klubu — “Arsenal” və “Çelsi”, “Real Madrid”in gənc istedadı Niko Pazı heyətlərinə qatmaq üçün mübarizə aparır.

Fanat.Az “Mundo Deportivo” nəşrinə istinadən xəbər verir ki, hər iki klub argentinalı yarımmüdafiəçini qış transfer pəncərəsində heyətinə cəlb etməyi planlaşdırır.

Madrid klubunun orta sahədə geniş heyətə malik olması nəzərə alınarsa, 19 yaşlı futbolçunun İspaniyaya qayıtmaq əvəzinə Premyer Liqaya keçid etməsi ehtimalı yüksək qiymətləndirilir.

Qeyd edək ki, Niko Paz bu mövsümü icarə əsasında "Komo"da keçirir və performansı ilə diqqət çəkir. Onun "Real Madrid"lə müqaviləsi isə 2027-ci ilə qədər qüvvədədir.

Kamil Xudiyev

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
16
1
fanat.az

2Mənbələr