sport24.az saytına istinadən ain.az xəbər verir.
"Bütün komanda adından Zəfər Günü ilə əlaqədar Azərbaycan xalqını təbrik edirəm. Oyun təxmin etdiyimiz kimi çətin oldu. Qırmızı vərəqədən sonra daha da çətin idi. Futbolçularıma təşəkkür eidrəm ki, xarakter göstərdilər. İmkan daxilində əks-hücumlar yaratdılar, kifayət qədər də təhlükəli olurdu".
Sport24.az xəbər verir ki, bu sözləri Misli Premyer Liqasının 11-ci turunun "Zirə" - "Turan Tovuz"(0:0) matçından sonra mətbuat konfransında Kurban Berdiyev deyib.
O, jurnalistlərin suallarını da cavablandırıb.
- Olabe qırmızı vərəqə aldığına görə cəzalanacaq?
- Xeyr, belə bir şey olmayacaq. Başqa cür oynaya bilmir. Döyüşkən xarakteri var, hamımızın bundan xoşu gəlir. Amma ona bildirmişdim ki, ehtiyatlı ol, sarı vərəqən var.
- "Turan Tovuz"un bu mövsüm ilk heç-heçəsi idi. Aktivinizə bir xal yazdınız, yoxsa iki xal itirdiniz?
- Qırmızı vərəqədən sonra bu xal yaxşıdır.
- Sizcə, Əliyar Ağayev ilk hissədə qırmızı vərəqə qərarını dəyişməklə doğru etdi?
- Mühakimə etmək çətindir. Bilmirəm baş hakim qərarını niyə dəyişdi.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.