AZ

Futbolçularıma təşəkkür edirəm ki, xarakter göstərdilər Kurban Berdiyev

ain.az xəbər verir, Fanat saytına əsaslanaraq.

"Bütün komanda adından Zəfər Günü ilə əlaqədar Azərbaycan xalqını təbrik edirəm. Oyun təxmin etdiyimiz kimi çətin oldu. Qırmızı vərəqədən sonra daha da çətin idi. Futbolçularıma təşəkkür edirəm ki, xarakter göstərdilər. İmkan daxilində əks-hücumlar yaratdılar, kifayət qədər də təhlükəli olurdu".

Fanat.Az xəbər verir ki, bu sözləri Misli Premyer Liqasının 11-ci turunun "Zirə" - "Turan Tovuz"(0:0) matçından sonra mətbuat konfransında Kurban Berdiyev deyib.

O, jurnalistlərin suallarını da cavablandırıb.

- Olabe qırmızı vərəqə aldığına görə cəzalanacaq?

- Xeyr, belə bir şey olmayacaq. Başqa cür oynaya bilmir. Döyüşkən xarakteri var, hamımızın bundan xoşu gəlir. Amma ona bildirmişdim ki, ehtiyatlı ol, sarı vərəqən var.

- "Turan Tovuz"un bu mövsüm ilk heç-heçəsi idi. Aktivinizə bir xal yazdınız, yoxsa iki xal itirdiniz?

- Qırmızı vərəqədən sonra bu xal yaxşıdır.

- Sizcə, Əliyar Ağayev ilk hissədə qırmızı vərəqə qərarını dəyişməklə doğru etdi?

- Mühakimə etmək çətindir. Bilmirəm baş hakim qərarını niyə dəyişdi.

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
34
7
fanat.az

9Mənbələr