AZ

Naxçıvanda Zəfər Gününə həsr olunan konsert keçirilib, atəşfəşanlıq olub

Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyinin qarşısında Zəfər Gününə həsr olunan konsert təşkil edilib.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, konsertdə vətənpərvərlik ruhunda kompozisiyalar, rəqs qruplarının çıxışları, müğənnilərin ifasında mahnılar təqdim olunub.

Sonda Zəfər Günü münasibətilə atəşfəşanlıq olub.

Bayram tədbiri saat 18:00-da başlayıb və 3 saat davam edib. Sonda möhtəşəm atəşfəşanlıq olub.

Qeyd edək ki, bayram tədbiri Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin dəstəyi, muxtar respublika Mədəniyyət Nazirliyi və Naxçıvan Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə təşkil edilib.

Seçilən
57
10
apa.az

10Mənbələr