AZ

Xankəndidə Zəfər atəşfəşanlığı olub - FOTO

Xankəndi şəhərində Zəfərin 5-ci ildönümü münasibətilə təşkil olunan konsert proqramından sonra möhtəşəm atəşfəşanlıq nümayiş etdirilib.

 

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Zəfər meydanında şəhər səması rəngbərəng işıqlarla bəzənib.

 

Atəşfəşanlıq Xankəndi sakinləri tərəfindən böyük coşqu ilə qarşılanıb və tədbir iştirakçıları arasında bayram əhval-ruhiyyəsi yaradıb.

Tarix: 8 Noyabr 2025, 20:28   
Seçilən
8
6
pravda.az

10Mənbələr