AZ

“Tottenhem” və “Mançester Yunayted” xalları bölüşdürdü

style='margin-bottom:10px;'>

İngiltərə Premyer Liqasının 11-ci turunda “Tottenhem” öz meydanında “Mançester Yunayted”i qəbul edib. 

QOL.az xəbər verir ki, “Tottenhem Hotspur Stadium”da keçirilən qarşılaşma 2:2 hesablı heç-heçə ilə başa çatıb. Qonaqlar matçın 32-ci dəqiqəsində Brayan Mbemonun qolu ilə hesabı açıb. 84-cü dəqiqədə Matis Tel hesabı bərabərləşdirib. Komandanın hücumçusu Rişarlison 90+1-ci dəqiqədə meydan sahiblərini irəli keçirib. Lakin Matteys de Liqt 90+6-cı dəqiqədə vurduğu qolla yekun nəticəni (2:2) müəyyənləşdirib.

Bu nəticədən sonra “Tottenhem” 18 xalla turnir cədvəlində 3-cü yeri tutur. Eyni xala malik olan “Mançester Yunayted” isə 7-ci pillədə qərarlaşıb.
 

Seçilən
137
13
teleqraf.com

10Mənbələr