AZ

Hərəkətdə olan “Porsche” yandı; sürücü maşından son anda çıxarıldı VİDEO

ain.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.

Hərəkətdə olan avtomobil yanıb. Avtosfer.az xəbər verir ki, ABŞ-nin Florida ştatında baş verən hadisənin görüntüləri həvəskar kamera tərəfindən qeydə alınıb.

Belə ki, 74 yaşlı sürücünün idarə etdiyi “Porsche 911” markalı avtomobil qəfildən yanmağa başlayıb. Ətrafdakı insanlar alovların içində qalan və öz imkanları ilə çıxa bilməyən sürücünü avtomobildən çıxarıblar. Daha sonra yanğınsöndürmə və təcili tibbi yardım briqadasına xəbər veriblər.

Yanğın qısa müddət sonra söndürülüb. 74 yaşlı şəxs isə xəstəxanaya aparılıb.

Hadisənin başvermə səbəbləri araşdırılır.

Sözügedən hadisənin anbaan videosunu təqdim edirik:

Namiq Musayev

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
103
avtosfer.az

1Mənbələr