AZ

“Bu klub həmişə qəlbimdə qalacaq, orada səni hər vəchlə qalib gəlməyə öyrədirlər”

“Real”ın sabiq baş məşqçisi Zinəddin Zidan keçmiş klubu “Yuventus” haqqında fikirlərini bölüşüb.

Sportinfo.az “La Gazzetta dello Sport”-a istinadən xəbər verir ki, Zidan “Yuventus”un onun karyerasında və həyatında xüsusi yer tutduğunu bildirib:

“Bu klub həmişə qəlbimdə qalacaq. “Yuventus” bir daha böyük olacaq!

Orada səni hər vəchlə qalib gəlməyə öyrədirlər. Fransada qalib gəlmirdinsə, bu, o qədər də ciddi məsələ sayılmırdı.

Amma A Seriyasında tam əksinə idi. Orada yalnız qələbə önəmlidir”.

Fransalı sabiq futbolçu 1996-2001-ci illərdə “Yuventus”un formasını geyinib.

Bir müddət öncə “Yuventus”da baş məşqçi postuna Luçano Spaletti təyin olunub.

Seçilən
94
sportinfo.az

1Mənbələr