AZ

“Fənərbağça”dan UEFA ya şikayət

Fanat saytından alınan məlumata görə, ain.az bildirir.

“Fənərbağça” rəhbərliyi Avropa Liqasının liqa mərhələsində “Viktoriya Plzen”lə keçirilən və 0:0 hesabı ilə başa çatan oyunun hakimi Allard Lindhud haqqında UEFA-ya rəsmi şikayət göndərəcək.

Fanat.Az xəbər verir ki, İstanbul təmsilçisi matçda verilən qərarlardan ciddi narazı qalıb və vəziyyəti ətraflı şəkildə təsvir edən raport hazırlayıb. Klub rəhbərliyi hesab edir ki, hollandiyalı referi oyunun gedişatında bir neçə açıq-aşkar səhv qərar verərək komandanın qələbə şansına mənfi təsir

“Fənərbağça”nın şikayət məktubunda konkret epizodların video sübutlarla əlavə edildiyi, xüsusən də penaltinin verilməməsi və bir neçə sərt müdaxilənin cəzasız qalması məsələlərinin vurğulandığı bildirilir.

Türkiyə mətbuatının yazdığına görə, UEFA-nın yaxın günlərdə bu raportu qiymətləndirəcəyi və rəsmi cavab verəcəyi gözlənilir.

Kamil Xudiyev

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
38
1
fanat.az

2Mənbələr