AZ

Şahbaz Şərif: Pakistan hərbçilərinin Azərbaycan və Türkiyə ordusu ilə birgə addımlamasını qürurla izlədim

Demokrat.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Pakistan Ordusunun nümayəndə heyətinin Azərbaycan və Türkiyə Silahlı Qüvvələri ilə addım-addım bir sırada yürüməsini görməkdən qürur duyuram.

Bu barədə Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif "X" platformasındakı paylaşımında deyib.

"Azərbaycan Prezidentini və Azərbaycan xalqını Vətən müharibəsində tarixi qələbənin 5 illiyi münasibətilə səmimi qəlbdən təbrik edirəm. Bakıda keçirilən möhtəşəm Zəfər Paradına şahidlik etmək mənim üçün böyük şərəfdir - bu parad Azərbaycanın igidliyini və birliyini nümayiş etdirir. Zəfər Paradı çərçivəsində əziz qardaşım, Prezident Rəcəb Tayyib Ərdoğan ilə görüşməkdən məmnun oldum. Biz tarixi, dərin köklərə malik qardaşlıq əlaqələrimizin genişləndirilməsi istiqamətində çox səmərəli müzakirə apardıq", - deyə paylaşımda qeyd olunub.

I extend heartfelt congratulations to President @azpresident and the people of Azerbaijan on the 5th anniversary of their historic Patriotic War victory.Honored to witness Baku’s grand Victory Parade, showcasing Azerbaijan’s courage & unity.Proud to see Pakistan Army’s… pic.twitter.com/ERbbS3SKyr

— Shehbaz Sharif (@CMShehbaz) November 8, 2025

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
29
3
demokrat.az

10Mənbələr