AZ

Bu gün hərbi paradda beş mindən çox şəxsi heyət iştirak edib

Zəfər Gününün beşinci ildönümü ilə əlaqədar bu gün təşkil edilən hərbi paradda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin beş min nəfər şəxsi heyəti iştirak edib.

"Yeni Sabah" xəbər verir ki, həmçinin parada Türkiyə Respublikası Silahlı Qüvvələrinin 240 nəfər şəxsi heyəti, Pakistan İslam Respublikası Silahlı Qüvvələrinin 120 nəfər şəxsi heyəti qatılıb.

Eyni zamanda, Azərbaycanın 50 aviasiya vasitəsi, beş Türkiyə aviasiya vasitəsi, 39 ədəd xüsusi təyinatlı avtomobil texnikası və silah sistemi, 53 ədəd hava hücumundan müdafiə vasitəsi, 63 ədəd raket-artilleriya silahları, eləcə də 12 gəmi paradda nümayiş üçün cəlb olunub.


Telegram kanalımız
Seçilən
27
16
yenisabah.az

10Mənbələr