AZ

Formula 1 komandası xal qazana bilməyən pilotla müqaviləni uzatdı

Avtosfer portalından verilən məlumata əsasən, ain.az bildirir.

"Formula-1" üzrə "Alpine" komandası argentinalı Franko Kolapinto ilə müqaviləni 2026-cı ilə qədər uzadıb.

Avtosfer.az xəbər verir ki, komanda bu barədə öz saytında məlumat yayıb.

22 yaşlı Kolapinto fransız Pyer Qasli ilə birlikdə komandanın əsas pilotu kimi çıxışına davam edəcək.

Qeyd edək ki, Kolapinto cari mövsümə ehtiyat pilot kimi başlayıb. Lakin sonra ilk altı Qran-pri yarışında xal qazana bilməyən avstraliyalı Cek Duhanı əvəz edib. Argentinalı özü də növbəti 14 yarışda da xal qazana bilməyib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
16
1
avtosfer.az

2Mənbələr