AZ

Ohanyan: Bu ölkədən Ermənistana 1500 təyyarə silah gətirmişik

BAKI, 8 noyabr. TELEQRAF

“Ermənistana Belarus və Çin də daxil olmaqla, müxtəlif ölkələrdən texnika almağa heç nə mane olmayıb”.

Teleqraf xəbər verir ki, bunu Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan deyib.

Baş nazir Nikol Paşinyanın Ermənistanın silah tədarükündə diversifikasiya imkanlarından bəhs edən bəyanatına toxunan Ohanyan bildirib:

“Ötən illərdə İrəvana Belarus və Çin də daxil olmaqla, müxtəlif ölkələrdən texnika almağa heç nə mane olmayıb. Rusiya ilə hərbi-texniki əməkdaşlıq çərçivəsində Ermənistan təxminən 1500 hərbi təchizat reysi həyata keçirib. Bu, hələ təkcə mənim nazir olduğum dövrdə olub”.

Seçilən
45
teleqraf.com

1Mənbələr