AZ

Amerikalılar ən çox bu elektromobilləri alırlar - FOTO

“Visual Capitalist” analitik qrupu ABŞ-nin elektromobil bazarı barədə statistika yayıb.

Avtosfer.az xəbər verir ki, tədqiqat qrupunun məlumatına görə ölkədə ən çox satılan elektromobil Tesla olub. 2025-ci ilin 3-cü rübündə 143 500 ədəd Tesla satılıb ki, bu da ümumi bazarın 48,5 faizini təşkil edir. Şirkət ənənəvi olaraq ciddi bazar payını qoruya bilib.

Ən çox satış həyata keçirən markalardan 6-sı yerli, üçü Almaniya, üçü Yaponiya, ikisi Koreya brendidir. İlk iyirmilikdə heç bir Çin markası yer almır. 

Ümumi planda amerikalılarda avtomobilə konservativ yanaşma mövcuddur. Onlar bir qayda oolaraq yerli və Yaponiya modellərinə daha çox maraq göstərirlər. Çinli istehsalçılar bu bazara girsələr də, hələ ki, ciddi uğur əldə edə bilməyiblər. Çin istehsalı olan maşınlar bu ölkədə demək olar alınmır.

Vüqar Yaşaroğlu

Seçilən
56
1
avtosfer.az

2Mənbələr