AZ

Bu deputat parlamentdə bir dəfə də danışmayıb

Milli Məclisin ən passiv deputatının adı məlum olub.

 

Açıq mənbələrdə millət vəkili Bədəl Bədəlovun parlamentin hər hansı iclasında çıxış etməsi haqda məlumat yoxdur.

 

Bədəl Bədəlov 23 yanvar 2024-cü ildə 96 saylı Goranboy-Naftalan seçki dairəsindən Milli Məclisə seçilib. O, deputat olduğu 22 ay ərzində parlamentin iclaslarında bir dəfə də çıxış etməyib.

 

64 yaşlı Bədəl Bədəlov ali təhsilli mühəndisdir. O, 2018-cidə dissertasiya işini müdafiə edərək texnika elmləri üzrə fəlsəfə doktoru adını alıb.

 

Bədəlov Milli Məclisin iclaslarında danışmağa həvəs göstərməsə də, yaradıcılığa xüsusi münasibəti ilə seçilir. O, ölkənin ictimai-siyasi həyatında baş verən hadisələrlə bağlı tez-tez iqtidar mətbuatında irihəcmli məqalələrlə çıxış edir.

 

Yenisabah.az

Tarix: 8 Noyabr 2025, 16:21   
Seçilən
11
8
pravda.az

10Mənbələr