AZ

Fəzail Ağamalının oğlundan Ana Vətən Partiyasından çıxarılmasına REAKSİYA

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmri ilə Bakı şəhəri Seymur Məmmədov adına 301 nömrəli tam orta məktəbə direktor təyin edilib.

Avtosfer.az “Azərbaycan müəllimi”nə istinadən xəbər verir ki, bu vəzifə Ruhiyyə Vaqif qızı İmanova təyinat alıb.

Qeyd edək ki, həmin məktəbin əvvəlki direktoru müəllimlərə qarşı uyğunsuz davranışına görə işdən azad edilmişdi.

Belə ki, məktəbin müəllimləri direktor Sevda Sarıyevanın onları valideynlərin yanında təhqir etdiyini, müəllimləri “dərs dilənçiləri”, "hinduşkabaş" adlandırdığını bildirmişdilər. Bundan sonra aparılan araşdırma nəticəsində fəaliyyətində yol verdiyi nöqsanlara görə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmri ilə təhsil müəsissəsinin direktoru S. Sarıyeva ilə bağlanmış əmək müqaviləsinə xitam verilib.

Seçilən
11
avtosfer.az

1Mənbələr