AZ

Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş parad başa çatlb - Yenilənib

Noyabrın 8-də Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilir...

Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş parad başa çatlb.

***

Poliqon xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan, Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif paradda iştirak edirlər.

Azərbaycanın, Türkiyənin və Pakistanın Dövlət himnləri səsləndirildi.

Ümummilli Lider Heydər Əliyevin və qəhrəman şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olundu.

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevə raport verdi.

 ***

Dövlətimizin başçısı paradda çıxış etdi.

Sonra Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış etdi.

Daha sonra Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif çıxış etdi.

Dövlət başçılarının çıxışlarından sonra Hərbi parad başladı.

Hərbi parada müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi, “Zəfər” və “Qarabağ” ordenli general-polkovnik Kərim Vəliyev komandanlıq edir.

Silahlı Qüvvələrimizin şəxsi heyəti Azərbaycan Respublikasının Dövlət Bayrağı altında tribunaya doğru irəlilədi. Dövlət Bayrağının ardınca Azərbaycan Ordusunun və hərbi əməliyyatlarda xüsusilə fərqlənən birləşmələrin Döyüş bayraqları Azadlıq meydanına gətirildi.

Daha sonra hərbi texnikaların keçidi başladı.

 

***

Noyabrın 8-də Bakı şəhərində Zəfər Gününün beşinci ildönümü münasibətilə hərbi parad keçirilir.

Bakıda keçirilən Hərbi paradda iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan, Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin çıxışı bitib, hərbçilərin keçidi başlayıb.

***

Noyabrın 8-də Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilir.

APA xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan, Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif paradda iştirak edirlər.

 
Azərbaycanın, Türkiyənin və Pakistanın Dövlət himnləri səsləndirilib.

Ümummili Lider Heydər Əliyevin və qəhrəman şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad olunub.

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevə raport verib.

Dövlətimizin başçısı paradda çıxış edib.

Sonra Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edib.

Hazırda Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif çıxış edir.

***

Bakının Azadlıq meydanında noyabrın 8-də Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilir.

"Report" xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan, Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif paradda iştirak edirlər.

Azərbaycanın, Türkiyənin və Pakistanın Dövlət himnləri səsləndirilib.

Ümummili Lider Heydər Əliyevin və qəhrəman şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad olunub.

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevə raport verib.

Dövlət başçısı paradda çıxış edir.

***

Poliqon xəbər verir ki, hərbi paradda Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevlə birgə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistan Baş naziri Şahbaz Şərif də iştirak edir.

Eyni zamanda, hərbi paradı Slovakiya, BƏƏ-nin müdafiə nazirləri də izləyir.

Poliqon.info

 

Seçilən
24
33
poliqon.info

10Mənbələr