BAKI, 8 noyabr. TELEQRAF
Xəzər dənizində zəlzələ qeydə alınıb.
Respublika Seysmoloji Xidmət Mərkəzindən Teleqraf-a verilən məlumata əsasən, yerli vaxtla saat 13.30-da qeydə alınan zəlzələnin maqnitudası 3,0 olub.
Zəlzələnin ocağı 60 kilometr dərinlikdə yerləşib.