AZ

Hansı şəkərdən uzaq durmaq lazımdır?

Mağazalarda müxtəlif növ şəkərlər tapmaq mümkündür - çuğundur, qamış və hətta ekzotik kokos şəkəri. 

Ölkə.az xəbər verir ki, onların hansı daha faydalı sayıldığını “aif.ru” saytına həkim Olqa Aniçenkova izah edib.

Onun sözlərinə görə, çuğundur şəkəri və ya rafinad şəkər şəkər çuğundurundan hazırlanır, çoxpilləli təmizlənmə prosesindən keçir və buna görə də kökün tərkibində əvvəlcədən olan qida maddələrinin demək olar ki, hamısını itirir. Bu şəkər faydalı maddələrlə kasıbdır və qanda qlükozanın səviyyəsini kəskin şəkildə artırır. Bundan əlavə, onun kalori dəyəri yüksəkdir - təxminən 400 kkal.

Qamış şəkəri isə daha az kalorilidir və nisbətən faydalı sayılır. Çünki o, daha az təmizlənmə mərhələsindən keçir və bu səbəbdən tərkibində həm qalıq maddələr, həm də qara melassa (şəkər şirəsi) qalır, onunla birlikdə müəyyən vitaminlər də saxlanılır. Lakin bu şəkərdəki faydalı maddələrin miqdarı da çox azdır. Məsələn, 100 qram qamış şəkərində cəmi 2–3 milliqram dəmir var.

Həmidə İbrahimova

Seçilən
91
2
olke.az

3Mənbələr