AZ

Ərdoğan: Cənubi Qafqazda sülhün hakim olması bütün bölgənin rifahına xidmət edəcək...

Bu Zəfəri bir son olaraq deyil, Cənubi Qafqazda qalıcı sülhə gedən yolun əsası olaraq görürük...

Poliqon xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıda Vətən müharibəsində qələbənin beşinci ildönümünə həsr olunmuş hərbi paradda deyib.

Türkiyə Prezidenti bildirib ki, Cənubi Qafqazda sülhün hakim olması Asiyadan Avropaya bütün bölgənin rifahına xidmət edəcəyi qənaətindədir: “Xüsusilə vurğulamaq istəyirəm ki, biz davamlı sülhün əldə ediləcəyinə son dərəcə ümidliyik. İlham Əliyev qardaşımın davamlı sülhün təsisi üçün göstərdiyi səmimi səylərini təqdirlə qarşılayırıq”.

Poliqon.info

Seçilən
21
1
poliqon.info

3Mənbələr