AZ

Ermənistanın keçmiş müdafiə naziri Mikael Arutyunyan yenidən axtarışa verilib

Ermənistanın keçmiş müdafiə naziri Mikael Arutyunyan yenidən axtarışa verilib.

 Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə İctimai TV-nin efirində İstintaq Komitəsinin Baş Hərbi İstintaq İdarəsinin rəis müavini Kamo Saakyan bildirib.

İttihama görə, Arutyunyan nazir vəzifəsində olarkən vəzifə səlahiyyətlərindən sui-istifadə edib.

Ermənistan Respublikası Baş Qərargah rəisinin keçmiş müavini Enriko Apriamov da iş üzrə təqsirləndirilən şəxsdir.

Qeyd edək ki, Mikael Arutyunyan 2007-2008-ci ildə Ermənistanın müdafiə naziri olub.
 
 

Seçilən
23
7
7news.az

10Mənbələr