AZ

Birləşmiş Ərəb Əmirliklərinin Baş nazirinin müavini Azərbaycana səfərə gəlib - FOTO

Noyabrın 8-də Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Baş nazirinin müavini və müdafiə naziri, Dubayın vəliəhdi Şeyx Hamdan bin Məhəmməd bin Raşid Əl Maktum Azərbaycan Respublikasına səfərə gəlib.

Day.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Şeyx Hamdan bin Məhəmməd bin Raşid Əl Maktumu Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev, müdafiə nazirinin müavini - Baş direktor Aqil Qurbanov və digər rəsmi şəxslər qarşılayıblar.

  • Birləşmiş
  • Birləşmiş
  • Birləşmiş
  • Birləşmiş
  • Birləşmiş
  • Birləşmiş
  • Birləşmiş
  • Birləşmiş
Seçilən
10
45
day.az

10Mənbələr