Bu ilin yanvar-sentyabr aylarında Gürcüstandan Azərbaycana 21,1 milyon ABŞ dolları dəyərində tekstil və tekstil məmulatları ixrac edib.
"Report"un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ən azından son 17 ildə eyni dövr üçün rekord göstəricisidir, 2024-cü ilin ilk 9 ayı ilə müqayisədə isə 28 % çoxdur.
Beləliklə, Azərbaycan Gürcüstanın tekstil və tekstil məmulatları ixrac etdiyi ölkələr sırasında 3-cü yerdə qərarlaşıb.
Hesabat dövründə Gürcüstan xarici ölkələrə 177,2 milyon ABŞ dolları dəyərində tekstil və tekstil məmulatları satıb ki, bu da bir il əvvəlki göstəricidən 9 % azdır.
Bu ilin ilk 9 ayında Gürcüstandan Türkiyəyə 90,7 milyon ABŞ dolları dəyərində, Ermənistana 32,7 milyon ABŞ dolları dəyərində, Polşaya 9,5 milyon ABŞ dolları dəyərində, Çexiyaya 4,2 milyon ABŞ dolları dəyərində tədarük həyata keçirilib.
Xatırladaq ki, 2024-cü ildə Gürcüstan 247 milyon ABŞ dolları dəyərində tekstil və tekstil məmulatları ixrac edib ki, bunun da 22,21 milyon ABŞ dolları Azərbaycanın payına düşüb.
"Cebheinfo.az"