Qafqazinfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Təxminən bir saat sonra paytaxt Bakı 8 Noyabr-Zəfər Gününə həsr olunmuş möhtəşəm hərbi parada şahidlik edəcək.
“Qafqazinfo” xəbər verir ki, səhər saatlarından etibarən yüzlərlə vətəndaş tədbiri izləmək üçün Azadlıq meydanına axışır.
Hazırda bütün qoşun növlərini təmsil edən hərbi qulluqçular və hərbi texnikalar meydanda hazır vəziyyətə gətirilib.
Tədbirdə xüsusi qonaqlar kimi Türkiyə və Pakistan dövlət başçıları da iştirak edəcəklər.
Parada müdafiə nazirinin birinci müavini-Baş qərargah rəisi general-polkovnik Kərim Vəliyev komandanlıq edəcək.
Qeyd edək ki, tədbirin 13:00-da başlanacağı gözlənilir.
Sail Ağasəlim
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.