AFFA-nın Qadın Futbolu Departamentinin rəhbəri Zümrüd Ağayeva UEFA-dan yeni təyinat alıb.

Offsideplus.az xəbər verir ki, o, qadınlar arasında Çempionlar Liqasının Liqa mərhələsinin "Bayern Münhen" – "Arsenal" oyununun UEFA nümayəndəsi olacaq.

Bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Qarşılaşma noyabrın 12-də Münhen şəhərində yerləşən "Alyants Arena" stadionunda baş tutacaq.