"Qalatasaray"ın müdafiəçisi Davinson Sançes

Offsideplus.az xəbər verir ki, kolumbiyalı futbolçu sabiq klubu "Ayaks"a qayıda biləcəyini bildirib:

"Ayaks"a qayıtmaq fikrinə açığam. Hazırda bütün diqqətim "Qalatasaray"dadır, amma gələcəyin nə olacağını heç kim bilmir. Bu ifadəni tez-tez işlədirəm. Bu gün İstanbulda ailəm və azarkeşlərlə xoşbəxtəm. Amma çox yaxşı tanıdığım bu yerdə yeni xatirələr yaratmaq yaxşı olardı. "Ayaks"a həmişə minnətdar olacağam və mənə göstərdikləri sevgini heç vaxt unutmaram".

Qeyd edək ki, D. Sançes 2016/17 mövsümündə "Ayaks"da çıxış edib. O, Amsterdam təmsilçisi ilə Avropa Liqasının finalında çıxış edib.