AZ

Bu gün Bakıda Zəfər paradı keçiriləcək - Başlama saatı məlum oldu

8 noyabr - Zəfər Günü münasibətilə bu gün Bakıda hərbi parad keçiriləcək.

Turkustan.az xəbər verir ki, parad saat 13:00-da "Azadlıq" meydanında başlayacaq.

Qeyd edək ki, parad Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müvafiq tapşırığına əsasən keçirilir.

Parada müxtəlif qoşun növləri qatılacaq, şəxsin heyətin keçidi olacaq, Azərbaycan Silahlı Qüvvələrinin müasir silah və texnikaları nümayiş etdiriləcək.

Paradda Türkiyə və Pakistan hərbçilərinin keçidi də olacaq. Türkiyə məxsus 6 F-16 qırıcısı Bakı səmasında uçuş keçirəcək.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan,Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif, Slovakiya Baş nazirinin müavini və müdafiə naziri Robert Kalinak paradda iştirak edəcək. /yenisabah.az

Seçilən
13
3
turkustan.az

4Mənbələr