AZ

“Təranə azadlığa buraxıla bilər”

Prodüser Təranə Səmədovanın vəkili Nurlana Quliyeva onun cəzasının azaldılması barədə danışıb.

O, bu barədə "Təsir dairəsi" verilişinə açıqlamalar verib. Vəkil bildirib ki, Təranə azadlığa çıxa bilər:

"Təranə Səmədova 6 il müddətinə azadlıqda məhrum etmə cəzasına məhkum edilib, Ali Məhkəmənin qərarına əsasən şikayətimiz qismən təmin edilib. Cəzası 5 ilə endirildi. Təranə Səmədova 7 fevral 2023-cü ildən həbsdədir. Onun həbs müddətini həmin müddətdən hesablandıqda Azərbaycan Respublikasının Cinayət məcəlləsinin 76-cı maddəsinin tələblərinə uyğun olaraq cəzasını  cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmə hüququ yaradır. Qısa müddət sonra təkrar müraciət edərək qanunvericiliyin tələbi üzrə şəxsin yerdə qalan cəzasını şərti ilə əvəzlənməsini istəyəcəyik. Məhkəmədə barışıq əldə olunmasına qiymət veriləcək və Təranə Səmədova azadlığına qovuşacaq". (olay)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
10
3
olaylar.az

10Mənbələr