AZ

Zəfərin övladları Müharibədən sonra 120 şəhid övladı dünyaya gəlib

Modern.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Vətən müharibəsində 120 uşaq atasının şəhidliyindən sonra dünyaya gəlib. 

Bunu "YAŞAT" Fondu Modern.az-ın sorğusuna cavab olaraq bildirib.

Qeyd edilib ki, “YAŞAT” Fondu Vətən müharibəsindən sonra dünyaya gələn şəhid övladları üçün “Onlar bizə əmanət!” layihəsini icra edir. Layihə çərçivəsində şəhidlərimizin yeni doğulan övladlarının adına bankda depozit hesabı açılıb və həmin hesaba Fonda edilən ianələr hesabına toplanmış məbləğdən 5000 manat köçürülüb.

Bildirilib ki, hesabdakı məbləğin üzərinə mütəmadi olaraq faiz toplanılır və həmin şəhid övladı 18 yaşına çatdıqdan sonra toplanan məbləği özü hesabından çıxara biləcəkdir. Əlavə olaraq dünyaya gəlmiş körpələrin analarına zəruri xərclərin qarşılanması məqsədilə 1000 AZN pul müavinəti təqdim olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
17
10
modern.az

10Mənbələr