ain.az bildirir, sport24.az portalına istinadən.
"İnter"in və İtaliya millisinin müdafiəçisi Alessandro Bastoni evi qarət olunub. Sport24.az xəbər verir ki, bu barədə "Tuttosport" məlumat yayıb.
Noyabrın 5-i, "İnter" Çempionlar Liqasında "Kayrat"la (2-1) qarşılaşarkən oğrular Bastoninin Kastelli Kalepiodakı evinə giriblər.
Ən azı dörd nəfər Bastoninin evindən qiymətli əşyalar (iki Rolex saatı və brend çantalar) oğurlayaraq təhlükəsizlik və polis əməkdaşları gəlməmişdən aradan çıxmağı bacarıblar. Həmin vaxt Villada heç kim olmayıb.
Qeyd edək ki, Bastoni "Kayrat"la matçda meydana çıxmayıb və oyunu ehtiyat oyunçular skamyasından izləyib.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.