AZ

Bakı-Quba yolunda yük avtomobilinin vurduğu piyada ölüb

Bakı-Quba yolunun Sumqayıt şəhərindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un yerli bürosu məlumat verir ki, Orxan Xuduyevin idarə etdiyi yük avtomobili yolu keçən piyadanı vurub.

Hadisə nəticəsində piyada aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma başladılıb.

"Cebheinfo.az" 

Seçilən
44
14
cebheinfo.az

10Mənbələr