AZ

Araz Naxçıvan Karvan Yevlax ı qonaq edir

ain.az, sport24.az portalına istinadən məlumat yayır.

Misli Premyer Liqasında XI- "Zəfər turu" davam edir.Sport24.az xəbər verir ki, bu gün hesabat həftəsi çərçivəsində daha iki qarşılaşma baş tutacaq.

Günün ilk matçında "Araz-Naxçıvan" "Karvan-Yevlax"la üz-üzə gələcək. Naxçıvan klubu rəqibini Sumqayıtda qəbul edəcək. Hazırda "Araz-Naxçıvan" 16 xalla 6-cı pillədə qərarlaşıb. Elmar Baxşıyevin komandası son 3 turda qələbə qazana bilməyib. 5 xala malik yevlaxlılar isə turnir cədvəlində 11-cidir. "Ağ-qaralar" son 4 turda xal üzünə həsrətdir.

Qeyd edək ki, turun dünən baş tutan iki görüşündə "Qəbələ" öz meydanında "Sumqayıt"a (0:2) məğlub olub. "Şamaxı" isə "doğma divarlar" arasında "İmişli"ni (1:0) məyus edib.

Misli Premyer Liqası

I dövrə, XI tur

15:44. "Araz-Naxçıvan" - "Karvan-Yevlax"

Hakimlər: Nicat İsmayıllı, Vüsal Məmmədov, Kərim Zeynalov, Kamran ƏliyevVAR: Əli ƏliyevAVAR: Şirmamed MamedovHakim-inspektor: Ceyhun HaşımovAFFA nümayəndəsi: Zaur Hacı-MəhərrəmovSuqayıt. Mehdi Hüseynzadə adına şəhər stadionu.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
60
sport24.az

1Mənbələr