AZ

Türkiyədə ticarət mərkəzində yanğın baş verib

Türkiyənin Adana şəhərinin Seyhan rayonunda yerləşən ticarət mərkəzində yanğın baş verib.Bu barədə "TRT Haber" xəbər verir.

Yeşiloba məhəlləsində yerləşən ticarət mərkəzindəki yanğın üçmərtəbəli xırdavat mağazasında başlayıb.

Hadisə yerinə dərhal yanğınsöndürən maşın, təcili tibbi yardım və polis əməkdaşları cəlb olunub.

Yanğın qısa zamanda digər mağazalara da keçib. Hazırda yanğının söndürülməsi istiqamətində iş aparılır.

Yanğının baş vermə səbəbi bəlli deyil.

Seçilən
84
6
anews.az

7Mənbələr