AZ

Avropadakı ABŞ hərbçilərinin sayı dəyişmir - Tramp

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Avropada yerləşənAmerika qoşunlarının ümumi sayı hazırda sabit qalır, baxmayaraq ki,ABŞ hərbçilərinin bir hissəsi Rumıniyadan çıxarılıb.

Trend xəbər verir ki, Trampbu fikri Ağ Evdə Macarıstanın Baş naziri Viktor Orbanla görüşdənəvvəl jurnalistlərin suallarını cavablandırarkən səsləndirib.

“Biz müəyyən dəyişikliklər edirik, qoşunların yerləşdirilməsindəyeniliklər var. Lakin bu, ümumi sayın azalması demək deyil. Sadəcə,şəxsi heyətin dislokasiyası dəyişdirilir”, – deyə Tramp qeydedib.

O əlavə edib ki, bu qərar Pentaqon tərəfindən müstəqil şəkildəqəbul edilməyib.

“Xeyr, Müdafiə Nazirliyi rəhbərliyi mənim göstərişlərimi nəzərəalmadan heç bir addım atmır”, – deyə Tramp vurğulayıb.

Seçilən
71
az.trend.az

1Mənbələr