ABŞ Avropa İttifaqının Ukraynanı dəstəkləmək üçün dondurulmuş Rusiya aktivlərindən istifadə təşəbbüsünü dəstəkləyir.
Musavat.com xəbər verir ki, məlumatı Reuters Ağ Evdəki mənbəyə istinadən yayıb. Mənbə bildirib ki, “Vaşinqton Aİ-ni və bu aktivlərdən bir vasitə kimi istifadə etmək üçün hazırda atdığı addımları tam dəstəkləyir”.
Həmçinin mənbə qeyd edib ki, ABŞ Lukoyl və Rosneft-ə qarşı sanksiyaların “nəticələrini izləyir”. Mənbə hesab edir ki, Vaşinqtonun Rusiyaya “təzyiqi artırmaq” üçün bir çox variantı var.
Musavat.com