“Ağciyər Xəstəlikləri Mərkəzi” publik hüquqi şəxsi xəstəxanaların təminatı üçün yumşaq inventar, yataq ləvazimatları və xüsusi geyimlərin satınalınması ilə bağlı tender elan edib.
NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, ümumi ehtimal olunan qiymət 110.240,91 manat təşkil edir. Satınalma siyahısına müxtəlif tekstil və tibbi məqsədli məhsullar daxildir.
Siyahıda aşağıdakılar yer alır:
Zebra jalüz pərdələri – Salyan Regional Xəstəxanası üçün nəzərdə tutulub. Qapalı kasa mexanizmlidir, bej rəngdə, gün işığına davamlı, metal gövdəlidir və çatdırılma ilə quraşdırılması da daxil olacaq.
Kişilər üçün xəstə geyim dəsti – 100% pambıq parçadan hazırlanacaq, mavi rəngdə, yan ciblikli və yandan düyməli formada olacaq. Ümumi 200 ədəd geyim dəsti sifariş edilib.
Ədyallar – 100% pambıq, 1250 qramlıq, 160×220 sm ölçülərdə 200 ədəd.
Yaşıl qan hopduran parça – 200 metr miqdarda, dözümlü və qan keçirməyən formada hazırlanmalıdır.
Cərrah önlükləri – 20 ədəd olmaqla, 100% pambıq və suya, qana davamlı materialdan istehsal ediləcək. və sairə…
Layihə xəstəxana infrastrukturunun yaxşılaşdırılması, xəstələrin və tibb işçilərinin rahatlığının təmin edilməsi məqsədi daşıyır.