İran ABŞ-dan qüvvədə olan sanksiyaları ləğv etməsini istəyib.
Bu barədə ABŞ prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərlə görüşündə bildirib: “İran sanksiyaların ləğv edilə biləcəyini soruşur.
İranın çox ciddi ABŞ sanksiyaları var və bu, onların istədiklərini etməsini çətinləşdirir.”, – ABŞ prezidenti deyib. O, bunu eşitməyə açıq olduğunu vurğulayıb: “Nə olacağını görəcəyik, amma mən buna həmişə açığam”, – Donald Tramp deyib.
Qeyd edək ki, bir gün əvvəl Ağ Ev Tehrana qarşı birtərəfli sanksiyaları nəzərdə tutan İrana qarşı sözdə milli fövqəladə vəziyyəti daha bir il uzadıb.
//Samir Qurbanov, Editor.az