Elektron siqaretlər (veyp) mədə üçün siqaretdən daha təhlükəlidir.
AzPost bildirir ki, bunu yeni aparılmış araşdırmanın nəticələri göstərib. Araşdırma elektron siqaret istifadəsinin siqaret çəkməkdən daha çox mədə xorası riskini artırdığını müəyyən edib. 371.000 nəfərdən alınan məlumatların təhlili, veyp istifadəçilərində mədə xorasının inkişaf riskinin 27 faiz olduğunu, siqaret çəkənlərdə isə 19% olduğunu göstərdi.
Elektron siqaretdən imtina etdikdən sonra belə, risk normaldan daha çox yüksək – təxminən 13 faiz olaraq qalır. Alimlər bunu selikli qişanı qıcıqlandıran və oksidləşdirici stressə səbəb olan, mədə astarına zərər verən aerozollara məruz qalma ilə əlaqələndirirlər.