AZ

Ər-Riyadda VI İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi keçirilib

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda VI İslam Həmrəyliyi Oyunlarının rəsmi açılış mərasimi baş tutub.

90deqiqe.Az xəbər verir ki, tədbir “Al Janadryah” mədəniyyət kompleksində təşkil olunub. Açılış mərasimində 57 ölkədən 3000-dən çox idmançı iştirak edib. Paradda Azərbaycan bayrağını ağırlıqqaldıran Dadaş Dadaşbəyli və voleybolçu Nilufər Ağazadə daşıyıblar.

Azərbaycan İslamiadada 20 idman növü üzrə 174 idmançı ilə təmsil olunur. Yarışlarda ümumilikdə 23 idman növü üzrə medallar uğrunda mübarizə aparılacaq.

Qeyd edək ki, oyunların bağlanış mərasimi noyabrın 21-də keçiriləcək.

Seçilən
57
24
90deqiqe.az

10Mənbələr