AZ

İstanbul Baş Prokurorluğu Netanyahu üçün həbs qərarı verib

İstanbul Baş Prokurorluğu İsrailin Baş naziri Binyamin Netanyahu üçün Qəzza zolağında soyqırım ittihamı ilə həbs orderini verib.

Qaziler.az xəbər verir ki, bu barədə qurumun mətbuat açıqlamasında məlumat verilib.

Müdafiə naziri İsrael Katz da daxil olmaqla 37 İsrail rəsmisi üçün həbs orderləri verilib. Baş Prokurorluq onları soyqırım, insanlığa qarşı cinayətlər, Qəzzanın kütləvi bombalanması və humanitar yardımın çatdırılmasına mane olmaqda ittiham edir.

Noyabrın 21-i 2024-cü ildə Beynəlxalq Cinayət Məhkəməsi Netanyahu üçün Qəzza zolağında müharibə cinayətləri törətdiyi iddia edilən ittihamlarla həbs orderini verib. Aİ-nin Xarici Siyasət üzrə rəhbəri Cozep Borrell bildirib ki, BHM-nin bu işdəki hərəkətləri siyasi xarakter daşımır və buna görə də bütün Aİ üzv dövlətləri məhkəmənin qərarına hörmət etməli və onu tətbiq etməlidirlər.

QAZİLER.AZ

Seçilən
30
qaziler.az

1Mənbələr